Mertsin koalisiyası bu naziri vəzifəsində saxladı
Münhen Təhlükəsizlik Konfransında amerikalı vitse-prezident Cey Di Vensin cavabını sərt şəkildə verən və Ukraynaya hərbi yardımın tərəfdarı olan Boris Pistorius müdafiə naziri vəzifəsində qalacaq.
SAVASHMEDİA.az DW nəşrinə istinadən xəbər verir ki, bu elan bazar ertəsi (SPD) CDU/CSU lideri Fridrix Merzin başçılıq edəcəyi koalisiya hökumətindəki vəzifələrə sosial-demokratlardan digər namizədlərlə birlikdə verilib.
Məlumata görə, SPD həmsədri Lars Klinqbayl vitse-kansler və maliyyə naziri olacaq. Əmək naziri vəzifəsini parlamentin keçmiş sədri Barbel Bas tutacaq. Verena Huberts Tikinti Nazirliyinə rəhbərlik edəcək. Ümumilikdə, SPD yeddi kabinet postu alacaq, partiyanın gələcək nazirləri arasında kişilərdən daha çox qadın var.
“Azadlıq Radiosu” qeyd edib ki, CDU/CSU bloku artıq hökumətə namizədləri ilə bağlı qərar vermişdi. O cümlədən Xarici İşlər Nazirliyinə İohan Vadefulun rəhbərlik edəcəyi məlum olmuşdu. O, Ukraynanı dəstəkləməyə yönəlmiş siyasəti davam etdirmək niyyətində olduğunu bəyan edib.
Yeni kabinetə etimad səsverməsi mayın 6-da keçirilməlidir. Həmin gün Mertsin rəsmi olaraq kansler vəzifəsini icra etmçəyə başlayacaq.
Xatirə SADİQ