Tramp dünya ölkələrini iki qrupa bölüb - Medvedev
ABŞ Prezidenti Donald Tramp dünya ölkələrini iki qrupa bölüb. O, hətta NATO ölkələrini də Vaşinqtonun dostu və düşmənləri kateqoriyalarına ayırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Tramp dünya ölkələrini iki qrupa ayırıb; bunlar bizim dostlarımızdır, biz onlarla işləyirik, onların tariflərini aşağı salırıq. Və bunlar bizim düşmənlərimizdir'", - deyə Medvedev bildirib.
O əlavə etdi ki, Amerika Prezidenti bunu o qədər açıq edir ki, hətta bəzi NATO üzvləri də şoka düşüb.