Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bir sıra ərazilərində qaz olmayacaq.

Nov 26, 2025 - 21:56
Sabah Bakının bu ərazilərində qaz olmayacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"27 noyabr saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Səbail, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.