Ayda 16 manatı kimlər ödəməlidir? - Qazancı olan işsizləri necə müəyyənləşdirəcəklər?

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər. Bu məbləğ aylıq 16 manatdır. 

Nov 26, 2025 - 21:47
Ayda 16 manatı kimlər ödəməlidir? - Qazancı olan işsizləri necə müəyyənləşdirəcəklər?

SAVASHMEDİA.az xəbər verir ki, vununla bağlı qanun layihəsi artıq birinci oxunuşdan keçib. 

Ancaq qanun layihəsi çoxsaylı suallar doğurur: “qeyri-formal məşğulluğun təsir dairəsinə düşənlər” kimlərdir?

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qeyri-formal işləyənlər faktiki olaraq heç yerdə rəsmi işi olmayanlardır və onları təsbit etmək çox çətindir.

“Hüquqi və iqtisadi nöqteyi-nəzərdən bu təsnifat və tanıtım özü problematikdir. Bir insanın ola bilər ki, rəsmi iş yeri yoxdur, ancaq hardasa ofisiant və ya kuryer işləyir. Bu, necə təsbit olunacaq? Qanunlar ümumiyyətlə qeyri-müəyyən yazıla bilməz, burada isə qeyri-müəyyənlik var. Bunu təsbit edən və nəzarət edən qurumlar kimlər olacaq, formulu necə olacaq? Təəssüf ki, rəsmi qurumlardan bununla bağlı açıqlama verilməyib”, - ekspert vurğulayıb.

Aytən