Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev işdən çıxarılıb.

Sep 23, 2025 - 14:06
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı

SAVASHMEDİA.az modern-ə istinadla xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da tutduğu vəzifədən uzaqlaşdırılıb.

Qeyd edək ki, Şaiq Mirzəyevin həmin qurumda Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması haqda məlumatı hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə ictimailəşdirib. O bunu qanunsuzluq kimi qiymətləndirərək, Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edib.

“Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nin mətbuat katibi Fidan Seyidşahqızı məlumat ictimailəşəndən sonra Modern.az-a Şaiq Mirzəyevin həmin vəzifədən çıxarıldığını bildirib:

“Adı çəkilən şəxs hazırda Milli Observatoriyanın əməkdaşı deyil, onunla əmək müqaviləsinə xitam verilmişdir”.

Lakin mətbuat katibi yalnız bu gün adı qurumun saytından çıxarılan Ş.Mirzəyevin nə zaman vəzifədən azad olunduğuna aydınlıq gətirməyib.

Şaiq Mirzəyev