F-47 qırıcılarının istehsalına başlanıldı - “Boeing” şirkəti

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri (HHQ) üçün altıncı nəsil F-47 qırıcı təyyarəsinin istehsalına başlayıb.

Sep 23, 2025 - 14:24
F-47 qırıcılarının istehsalına başlanıldı - “Boeing” şirkəti

SAVASHMEDİA.az bu barədə “The War Zone” nəşrinə istinadən xəbər verir. 

Bu qırıcı-görünməzin ilk uçuşu 2028-ci ilə planlaşdırılıb.

F-47 proqramının təfərrüatları və təyyarənin konstruksiyası ciddi məxfiliklə saxlanılır. Təyyarənin yalnız iki rəsmi təsviri mövcuddur. Lakin ABŞ HHQ-dən bildirildiyi kimi, təyyarələr heç də belə görünməyəcək. 

ABŞ HHQ ən azı 185 ədəd F-47 döyüş təyyarəsi almağı planlaşdırır, çünki bu, F-22 Raptor-u əvəz etməyə imkan yaradacaq. Hər bir təyyarənin gözlənilən dəyəri 300 milyon dolları keçə bilər. Bu isə F-35 qırıcısının qiymətindən üç dəfə çoxdur. 

F-47 1000 dəniz milindən (1852 km) yuxarı döyüş radiusuna sahib olacaq. 

Xatirə SADİQ