Məşhur müğənnilər qətlə yetirildi – İki ölkə qarışdı + FOTOLAR
Məşhur kolumbiyalı müğənnilər – “DJ King” ləqəbli Bayron Sançes və Xorxe Luis Herera ölü tapılıblar.
SAVASHMEDİA.az xəbər verir ki, onların cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində aşkarlanıb.
Müğənnilərin qətli Meksika və Kolumbiyada rezonans doğurub.Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.
Mətbuat müğənnilərin ölümünün narkotik alveri ilə bağlı ola biləcəyini yazıb. Kolumbiya Prezidenti Qustavo Petro da məsələ barədə sosial media platformasında paylaşım edib. O, bu cinayətdə beynəlxalq mafiyaları və narkotik tacirlərini suçlayıb.
Qeyd edək ki, 31 yaşlı Sançes və 35 yaşlı Herera sentyabrın 16-dan itkin düşüblər. Müğənnilərin tapılması üçün həm ailələri, həm də Kolumbiya Prezidenti Qustavo Petro Meksika rəsmilərinə müraciət ünvanlayıb. Meksika Prezidenti Klaudiya Şeynbaum gənc müğənnilərin tez bir zamanda tapılması üçün lazımi göstərişlər verib.
Banu
Fotolarda: Bayron Sançes və Xorxe Luis Herera