Trampın helikopterinə işıq salan şəxs həbs olundu

ABŞ-də Trampın helikopteri Ağ Evi tərk edərkən ona doğru lazer göstəricini yönəldən şəxs həbs olunub.

Sep 23, 2025 - 13:20
Trampın helikopterinə işıq salan şəxs həbs olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Hadisə şənbə günü baş verib. Məxfi xidmətin əməkdaşı belinədək çılpaq olan bir adamın “öz-özünə deyindiyini və yüksək səslə qışqırdığını” görüb. Məxfi xidmətin əməkdaşı həmin adamın lazer göstərici ilə ABŞ prezidentinin helikopterinə işıq saldığını görəndə hesab edib ki, bu, pilotun istiqaməti itirəcəyinə və yekunda qəzaya gətirib çıxara bilər. 

Bundan sonra məxfi xidmətin əməkdaşı hərəkətə keçərək nfməlum şəxsin qollarını qandallayıb.

Xatirə SADİQ