Putinlə Zelenski tezliklə görüşəcəklər - "Axios"
Rəsmi Vaşinqton hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında görüş tezliklə baş tuta bilər.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu iddia ilə "Axios" portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən xəbər yayıb.
"Biz Putin və Zelenski arasında görüşə çox yaxınıq", - deyən "Axios" mənbəsi bildirib və əlavə edib ki, bundan əvvəl əlavə üçtərəfli danışıqlar təşkil olunmalıdır.
"Düşünürik ki, bundan uzaqda deyilik. Əgər hazırkı kursumuza davam etsək, ora çatacağıq", - deyə o bildirib.
Portalın məlumatına görə, ABŞ administrasiyası Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli danışıqların "Vaşinqtonun təsəvvür edə biləcəyi qədər yaxşı" keçdiyinə inanır.
"Axios" ABŞ rəsmisinin dediyi sözlərə istinadən bildirib: "İndi olduğumuz yerdən məmnunuq".
Aytən