“Serbiya vətəndaşlarından üzr istəyirəm” - Viçiç
“Serbiya BMT-nin Baş Assambleyasında Ukrayna ilə bağlı Avropa qətnaməsini təsadüfən dəstəkləyib”.
SAVASHMEDİA.az “PTS”-yə istinadən xəbər verir ki, bunu Serbiyanın prezidenti Aleksandr Vuçiç deyib.
Onun sözlərinə görə, Serbiya səhvə yol verib: “Buna görə Serbiya vətəndaşlarından üzr istəyirəm və bunun günahını öz üzərimə götürürəm. Çünki, yəqin ki, yorğun və yük altındayam və hər şeyi çatdıra bilmirəm”.
Serbiya prezidenti hesab edir ki, ölkəsi hər iki qətnamənin səsverməsində bitərəf qalmalı idi.
“Məncə, biz Avropanın qətnaməsindən bitərəf olmalıydıq. Və gördüyünüz kimi, mən bunu elə bir vaxtda deyirəm ki, bu, mənim Aİ-də rəğbətimi və ya siyasi xalımı itirməyimə səbəb olacaq. Amerikanın qətnaməsinə gəlincə, biz lazım olan kimi səs verdik, bitərəf qaldıq”, - deyə Vuçiç əlavə edib.
Xatirə SADİQ