Kənan İmirzalıoğlu estetikdən sonra TANINMAZ HALDA - FOTO
Türkiyəli aktyor Kənan İmirzalıoğlu tanınmaz hala düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, aktyorun ötən gecə qatıldığı tədbirdən paylaşdığı fotosu izləyicilərini məyus edib.
Üzündə şişliklər olan K.İmirzalıoğlunun dolğu və botoks etdirdiyi iddia olunub. Bu durum aktyorun pərəstişkarlarının xoşuna gəlməyib. Onlar İmirzalıoğlunu tənqid atəşinə tutublar.
Qeyd edək ki, məşhur aktyor bir neçə gün öncə ekranlara qayıdacağı “Ali Bir İmtihandır” serialının bir bölümündən qazanacağı məbləğlə gündəmə gəlib. İmirzalıoğluna serialın bir bölümü üçün 4 milyon 250 min türk lirəsi ödəniləcək.
Banu
Fotoda: Kənan İmirzalıoğlu