Putin xüsusi adamını Trampla görüşə göndərdi - Sanksiya işə yaradı?
ABŞ Prezidenti Donald Tramp Pusiyaya sərt sanksiyalar tətbiq etdikdən 2 gün sonra Vladimir Putin xüsusi nümayəndəsi Kirill Dmitriyevi təcili ABŞ-yə göndərib.
SAVASHMEDİA.az-ın məlumatına görə, bunu "CNN" gizli səfərin detallarından xəbərdar olan mənbələrinə istinadla yayıb.
Rusiyanın İnvestisiya Fondunun rəhbəri və Kremlin xüsusi nümayəndəsi Dmitriyevin “ABŞ-Rusiya münasibətlərinə dair müzakirələri davam etdirmək üçün” Tramp administrasiyasının rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Səfərin Kremlin Ukraynadakı müharibəni dayandırmaqdan imtina etməsi və Trampın Putinlə Budapeştdə gözlənilən zirvə görüşünü ləğv etdiyini elan etməsi fonunda yaranan gərginliyi azaltmaq məqsədi güddüyü bildirilir.
Sovet dövründə Ukraynada doğulmuş, Harvard və Stenfordda təhsil almış Kirill Dmitriyev Amerikanın McKinsey konsaltinq firmasında məsləhətçi və Goldman Sachs-da investisiya bankiri kimi işləyib.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Dmitriyev ABŞ sanksiyalarına məruz qalıb. Daha sonra ABŞ Maliyyə Nazirliyi onu “Putin və ailəsinin yaxın adamı” kimi xarakterizə edib.
Daha sonra ABŞ Dövlət Departamenti ona ölkəyə daxil olmaq üçün viza verə bilməsi üçün ABŞ hakimiyyəti Kirill Dmitriyevə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib.
Oğuz