Ədliyyə naziri onları işdən çıxardı

10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi və baş mühasibi vəzifədən azad ediliblər.

Feb 20, 2026 - 12:09
Ədliyyə naziri onları işdən çıxardı

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən,10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliqismət Firudin oğlu Kərimov, həmin müəssisənin Maliyyə-təssərrüfat bölməsinin baş mühasibi -bölmə rəisi ədliyyə mayoru Mahir Maqsud oğlu Abdullayev tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur. (İqtisadiyyat.az)