Daha 4 ölkə də Fələstini tanıdı - Andorranın isə şərti var

Fransanın ardınca Belçika, Lüksemburq, Monako və Malta da Fələstini rəsmi olaraq tanıdıqlarını elan ediblər.

Sep 23, 2025 - 15:21
Daha 4 ölkə də Fələstini tanıdı - Andorranın isə şərti var

SAVASHMEDİA.az bu barədə CNN telekanalına istinadən xəbər verir. 

Həmin ölkələrin liderləri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan Fələstin üzrə sammit zamanı müvafiq açıqlama ilə çıxış ediblər.

Andorra isə müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Fələstini tanıya biləcəyini açıqlayıb. Andorranın xarici işlər naziri İmma Tor Faus bildirib ki, gələcək Fələstin dövləti hərbsizləşdirilməlidir, onun hakimiyyətinin isə HƏMAS-la əlaqəsi olmamalıdır.

CNN qeyd edib ki, bu gün BMT-yə üzv ölkələrin təxminən 80%-i Fələstini tanıyıb. Əksəriyyət bu addımı hələ 1988-ci ildə – Fələstin Dövləti Bəyannaməsi qəbul ediləndə atıb. 

Xatirə SADİQ