Ağ Evdəki görüş Qərb müttəfiqlərinin qələbəsi oldu - Bloomberg 

“Ukrayna prezidenti Volodimir Zelenski Oval kabinetdə Donald Trampla vacib görüş zamanı özünün ən yaxşı davranışını göstərməyə çalışdı və bu, öz nəticəsini verdi”.

Aug 19, 2025 - 14:01
Ağ Evdəki görüş Qərb müttəfiqlərinin qələbəsi oldu - Bloomberg 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Bloomberg agentliyi yazıb. 

Nəşr qeyd edib ki, ötən səfərini pozan fəlakətli mübahisənin təkrarlanmasından ehtiyatlanan Zelenski dəfələrlə Trampa iştirakı üçün təşəkkür etdi və Trampın həyat yoldaşı Melaniyaya məktub verdi. 

“O, formal hərbi üslubuna görə MAGA respublikaçılarının tənqidindən yayınmaq üçün qara pencək və sonadək düymələnmiş qara köynək geyinmişdi. Və o, tək gəlməmişdi: onu mövqeyini dəstəkləməyə can atan bir neçə avropalı lider müşayiət edirdi. Daha münasib davranış xətti işə yaradı. Tramp və Zelenski ümumi dil tapdılar və ən əsası, Zelenski qiymətli mükafat qazandı: ən azı hazırda Tramp istənilən sülh sazişi üçün təhlükəsizlik təminatları sisteminə qoşulmağa və Rusiyaya ərazi güzəştlərinin müzakirəsini təxirə salmağa razılaşdı. 

Görüş ABŞ prezidentinin Ukraynanın hesabına tələsik sövdələşməni – bu, Putinlə keçən həftə Alyaskada görüşündən sonra çoxlarını ehtiyatlandırırdı – dayandırmaq üçün Vaşinqtona uçan Qərb müttəfiqlərinin qələbəsi idi. O zaman Tramp Avropa və Ukraynanın sülh danışıqları başlamazdan əvvəl atəşkəsin zəruriliyi ilə bağlı əvvəlki tələblərindən uzaqlaşırdı”, - deyə nəşr vurğulayıb.

Xatirə SADİQ