Putin Nobel məsələsində Trampı dəstəklədi - Maçadonu tənqid etdi
Rusiya prezidenti Vladimir Putin Nobel Komitəsinin sülh mükafatı ilə bağlı qərarına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Putinin jurnalistlərin “Amerika lideri Nobel Sülh Mükafatına layiq idimi” sualını cavablandırarkən baş verib.
“ABŞ-nin hazırkı prezidenti Nobel mükafatına layiqdir, ya yox, bilmirəm. Amma o, həqiqətən də onilliklər boyu davam edən mürəkkəb böhranların həlli üçün çox şey edir”, - deyə Putin söyləyib.
Rusiya lideri ayrıca vurğulayıb ki, Tramp Ukraynadakı münaqişənin həllinə səmimiyyətlə çalışır.
Nobel Komitəsinin mükafatı “sülh üçün heç nə etməyən” insanlara verdiyi halları xatırladan Putin hesab edir ki, həmin qərarlar Nobel mükafatının nüfuzuna böyük zərbə vurub.
“Mənə elə gəlir ki, mükafatın nüfuzu xeyli dərəcədə itirilib”, - deyə Putin iddia edib.
Ukrayna mediası bunu “Putinin Trampa yaltaqlanması” kimi qiymətləndirib.
Xatırladaq ki, 2025-ci il üzrə Nobel Sülh Mükafatı Venesuelanın müxalif siyasətçisi Mariya Korina Maçadoyo verilib.
Xatirə SADİQ