İndiki baş nazirin partiyası qalib gəldi – Rumıniyada
Rumıniyada keçirilən parlament seçkilərində hazırkı baş nazir Marçel Çolakunun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası qalib gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Bütün bülletenlərin əksəriyyətinin hesablanmasının nəticələrinə əsasən, sosial-demokratlar yuxarı palata seçkilərində 22,5 faiz, aşağı palatada isə 22,2 faiz səs toplayıb. Onların hökumətdəki koalisiya müttəfiqi olan sağ mərkəzçi Milli Liberal Partiyası müvafiq olaraq 14,4% və 13,3% səs toplayıb.
Hər iki protokolda ikinci yerdə sağçı populist “Rumınların Birliyi uğrunda Alyans” gəlir.
Parlament seçkilərində seçici fəallığı 52,5 faiz təşkil edib.
Xatirə SADİQ