14 yaşlı oğlan Qurban Qurbanovun maşının qarşısını kəsdi - Maraqlı TƏFƏRRÜAT + FOTO
"Qarabağ" futbol klubunun 14 yaşlı fanatı "Qarabağ" "Neftçi" oyununu izləmək üçün Amerikadan Bakıya gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, 14 yaşlı Əzizağa Səmədov ABŞ-ın San Fransisko şəhərində ailəsi ilə birlikdə yaşayır.
Onlar 10 il əvvəl Amerikaya köçsələr də, Əzizağa "Qarabağ"ın fəal fanatlarından biridir.
O, ötən gün baş tutan "Qarabağ" "Neftçi" oyununu izləmək üçün Amerikadan Bakıya gəlib.
Əzizağa Səmədov klubun futbolçuları ilə şəkil çəkdirib, forma imzalatdırsa da baş məşqçi Qurban Qurbanovla görüşə bilməyib.
Təsadüfü hadisə Əzizağanı sevindirib.
Baş məşqçi oyundan sonra tıxaca düşüb. Əzizağa Səmədov onu tıxacda saxlayaraq şəkil çəkdirib.
Həmin fotoları təqdim edirik: