“Rusiya iqtisadiyyatını birdəfəlik boğmalıyıq” - fransız nazir
Fransanın xarici işlər naziri Jan Noel Barro sanksiyaların Rusiyaya təsirinin hələlik kifayət qədər olmadığını hesab edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Avropa İttifaqının (Aİ) 17-ci paketinin təsdiqlənməsindən sonra Fransanın xarici işlər naziri Jan Noel Barro deyib ki, Aİ ABŞ ilə əməkdaşlıq etməlidir. Çünki ABŞ prezidenti Donald Trampın Moskvaya təzyiq etmək qərarına gələcəyi təqdirdə Konqres sərt tədbirlər hazırlayıb.
“Bizə daha da irəli getmək lazımdır. Çünki sanksiyalar hələlik Vladimir Putini təcavüzkar müharibəni dayandırmağın zəruriliyinə inandırmayıb. Ona görə də biz Rusiya iqtisadiyyatını birdəfəlik boğa biləcək sarsıdıcı sanksiyaların genişlənməsinə hazır olmalıyıq”, - deyə fransız naziri əlavə edib.
Xatirə SADIQ