"Rusiyaya veriləcək torpağımız yoxdur" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın tələb etdiyi "Donetsk Xalq Respublikası" ərazisindən Ukrayna qoşunlarının çıxarılmasını rədd edib.

Oct 19, 2025 - 18:43
"Rusiyaya veriləcək torpağımız yoxdur" - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yayımlanan video-müraciətində bildirib.

“Biz Rusiyaya heç nə verməyəcəyik, Rusiyaya veriləcək torpağımız yoxdur”, – Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, o, Baş Qərargah rəisi ilə cəbhədə atılacaq addımları və Rusiyaya qarşı uzaqmənzilli zərbələri müzakirə edib. Zelenski bildirib ki, Ukrayna ordusu hər iki gündən bir Rusiyanın neft sənayesi obyektlərini hədəfə alır.