"Dostum Tramp zəng etmişdi, amma biz İranı vuracağıq" - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın onu İranla yeni razılaşma imkanları barədə məlumatlandırdığını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə " The Times of Israel" saytı məlumat yayıb .
Netanyahu İsrailin hər hansı bir vəziyyətdə həyati əhəmiyyət kəsb edən maraqlarını müdafiə edəcəyini bildirib. .
O qeyd edib ki, ötən gün dostu Trampla telefon danışığı aparıb.
"Biz inanırıq ki, həyati maraqlarımızı qoruyacaq bir razılaşma əldə etmək üçün hərbçilərimizin gücündən istifadə etmək vacibdir. İndiki halda İsrail İran və Livanı vurmağa davam edəcək. Biz raket və nüvə proqramlarını darmadağın edirik və Hizbullaha qarşı güclü zərbələr endiririk. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini öldürdük", - Netanyahu qeyd edib.