"İran şərtlərimizi qəbul etdi, baxacağıq" - Tramp

İran razılaşmaya hazırdır və danışıqlar müsbət istiqamətdə davam edir.

Mar 24, 2026 - 00:50
"İran şərtlərimizi qəbul etdi, baxacağıq" - Tramp

Sky News-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Tehran artıq kompromisə getmək niyyətindədir.

“Onlar razılaşmaq istəyirlər və razılaşma üçün çox yaxşı şans var. Mənim bütün həyatım danışıqlarla keçib, amma İranla uzun müddətdir danışıqlar aparırıq. Bu dəfə onlar ciddi yanaşırlar”, – Tramp qeyd edib.

ABŞ lideri bildirib ki, tərəflər arasında son günlər fəal müzakirələr aparılır:

“Hazırda çox yaxşı danışıqlar gedir. Onlar sülh istəyirlər. Nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər. Amma baxacağıq, bunu reallaşdırmaq lazımdır”.

Səlcuq