Slovakiyanın baş naziri Putinin dəvətini qəbul edib - Moskvaya gedəcək
Slovakiyanın baş naziri Robert Fitso 2025-ci il mayın 9-da Moskvaya səfər etmək üçün Rusiya prezidenti Vladimir Putindən rəsmi dəvət alıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Fitso bu barədə social şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, II Dünya mçüharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən bayram dəvətini qəbul edib.
Fitso qeyd edib ki, 9 May kimi möhtəşəm bayramın iştirakçısı olmaqda çox maraqlıdır. Oba görə də Moskvaya dəvəti məmnuniyyətlə qəbul edib və bayram şənliklərində iştirak etmək niyyətindədir.
Qeyd edək ki, oktyabrın əvvəlində “Rossiya-1” telekanalına müsahibəsi zamanı Fitso demişdi ki, bayram münasibətilə Rusiyaya səfər etməyə hazırdır. O, faşizmdən qurtuluşun haradan gəldiyinin unudulmasına imkan verməyəcəyini də vurğulamışdı.
Xatirə SADİQ