“Pervı” telekanalının Almaniyadakı bürosu bağlandı

Almaniya hökuməti Rusiyanın “Pervı” telekanalının Berlindəki bürosunun əməkdaşlarına bu ölkəni tərk etmək əmri verib. 

Nov 27, 2024 - 15:46
“Pervı” telekanalının Almaniyadakı bürosu bağlandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məlumatda deyilir ki, alman hökuməti “Pervı” telekanalının Almaniyadakı bürosunun bağlanması barədə noyabrın 26-da qərar qəbul edib. 

Alman bürosunun əməkdaşları dekabrın birinci yarısında Almaniya ərazisini tərk etməlidirlər. Onlar artıq bu barədə alman hökumətindən müvafiq bildirişi alıblar. 

Telekanal xəbər verib ki, bu olay Almaniya vətəndaşı Nikolay Qaydukun Rusiyada həbs olunması ilə bağlı xəbərdən sonra baş verib. Federal Təhlükəsizlik Xidməti alman vətəndaşını enerji obyektlərində diversiya təşkil etmək cəhdində ittiham edir. 

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “TASS”a bildirib ki, Rusiya cavab tədbirləri hazırlayıb. 

“Cavab tədbirləri bu gün açıqlanacaq”, - deyə diplomat vurğulayıb. O, təfərrüatlar barədə məlumat verməyib. 

Xatirə SADİQ