Rusiya təhdid etdi, Polşanın cavabı geçikmədi – “bu, absurddur”

Rusiyanın xarici siyasət idarəsi Polşada ABŞ-nin raket əleyhinə müdafiə bazasının açılmasını təxribat adlandırıb.

Nov 21, 2024 - 17:23
Rusiya təhdid etdi, Polşanın cavabı geçikmədi – “bu, absurddur”

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bunun NATO infrastrukturunun Rusiya sərhədlərinə yaxın yerləşdirilməsinin uzunmüddətli təcrübəsinə uyğun olduğunu bildirib.

O, bildirib ki, bu, nüvə təhlükəsinin ümumi səviyyəsini artırır və bazanı prioritet hədəf kimi görən Rusiya, lazım gələrsə, mövcud vasitələrlə bazanı vurmağa hazır olacaq.

Polşa XİN-nin sözçüsü Pavel Vronski buna cavab olaraq bildirib ki, baza müdafiə xarakterlidir.

“Onun məqsədi ballistik raketlərin qarşısını almaqdır, xüsusən də siyasəti kiməsə qarşı daimi təhdidlərə, harasa təcavüz edəcəkləri ilə bağlı bəyanatlara əsaslanan ölkələrdən. Rusiya təhdidləri bərpa etsə, bu o deməkdir ki, belə təhdidlərin həyata keçirilməsinin qeyri-real olması üçün gələcəkdə ABŞ və NATO-ya bütün şərq cinahında Hava Hücumundan Müdafiəni gücləndirmək lazım gələcək”, - deyə Vronski vurğulayıb.

O, əlavə edib ki, Rusiyanın təhdidləri yanlış ehtimallara və bazada guya nüvə silahının yerləşdiyinə dair bəyanatlara əsaslanır: “Bu da absurddur”.

Xatırladaq ki, ABŞ-nin Polşanın Pomeraniya qəzasında yerləşən Redzikovo şəhərindəki raketdən müdafiə bazası  noyabrın 13-də qəsmən açılıb. Bu, ABŞ hərbi qüvvələrinin Polşa ərazisində ilk daimi obyektidir.

Xatirə SADİQ