Məşhur müğənninin oğlu parkdan ölü tapıldı - Foto

Türkiyənin məşhur müğənnisi Kahtalı Hamidonun oğlu Sinan Çelik parkda ölü tapılıb.

Jun 29, 2025 - 18:03
Məşhur müğənninin oğlu parkdan ölü tapıldı - Foto

SAVASHMEDİA.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Adıyamandakı parkın işçisi olan 52 yaşlı Sinan Çelikin yerdə hərəkətsiz vəziyyətdə olduğu görülüb.

Vətəndaşlar tez polisə və təcili tibbi yardıma zəng ediblər. Həkimlər onun öldüyünü bildiriblər. Sinan Çelikin ölümünün dəqiq səbəbi tibbi ekspertizadan sonra açıqlanacaq.

Üç uşaq atası olan Sinan Çelikin ölüm xəbərini alan atası Kahtalı Hamido və qohumları xəstəxanaya toplaşıblar.

Qeyd edək ki, Kahtalı Hamido kimi tanınan Hamit Çelik xalq musiqisi və arabesk janrlarında oxuyan, böyük pərəstişkar kütləsi olan sənətçidir.

Banu

Fotoda: Kahtalı Hamido