Dovşan Türkiyədə hava limanını bir-birinə qatdı - Video
Dovşan Türkiyədə təyyarənin enməsinə mane olub.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə İstanbul Sabiha Gökçen hava limanında baş verib.
Belə ki, Ercan-İstanbul reysini həyata keçirən Pegasus Hava Yollarına məxsus təyyarənin pilotu uçuş-enmə zolağına daxil olarkən dovşan görüb.
Dispetçerə məlumat verən pilot uçuş-enmə zolağından yan keçmək məcburiyyətində qalıb.
Xəbərdarlıqdan sonra axtarış aparılıb və dovşan zolaqdan kənarlaşdırılıb.
Banu