Rusiyada zavodda partlayış - 5 ölü, 20 yaralı

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb.

Aug 15, 2025 - 13:41
Rusiyada zavodda partlayış - 5 ölü, 20 yaralı

Rusiya mətbuatı “Elastik” zavodunda yanğınla müşayiət olunan partlayışda yaralanan 20 nəfərdən 10-nun vəziyyətinin ağır olduğunu yazır.

Dağıntılar altında qalanların olduğu bildirilir.

İlkin ehtimala görə, partlayışa barıt istehsal edən sexdə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Qeyd edək ki, 2021-ci ildə də bu zavodda partlayış baş verib. Həmin vaxt barıt istehsalı sexində baş vermiş partlayışda 17 nəfər ölmüşdü. (apa)