Alyaskada Putin əleyhinə etirazlar - Meydanları "Ukrayna" sədaları bürüdü +VİDEO
Alyaskanın Ankoric şəhərində Tramp-Putin görüşü ərəfəsində Ukraynaya dəstək məqsədilə etiraz aksiyası keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin keçmiş əməkdaşı Ostap Yarış sosial şəbəkələrdə məlumat və video paylaşıb.
Videodan görünür ki, avtomobil yolu boyü düzülən etirazçılar əllərində Ukrayna bayraqlarını dalğalandırır, eləcə də “Ukrayna və Alyaska bir daha heç vaxt Rusiyanın olmayacaq”, “Putin 19546 uşağı oğurlayıb, Tramp onları azad edə bilər”, “Müharibəyə son”, “Alyaska Ukraynanı dəstəkləyir”, “Ukraynaya eşq olsun”, “Mən evimdən faşistləri görürəm” və sair şüarları nümayiş etdirirlər.
Etiraz aksiyasını təşkil edən “Stand UP Alaska” təşkilatının rəhbəri Erin Cekson-Hill “Ukrinform”a bildirib ki, mitinq sammit günü də keçiriləcək.
“Biz avtoritar diktatorların ştatımıza dəvət edilməsini dəstəkləmirik, xüsusən də bunu qubernatorumuz və ya Konqresdəki nümayəndə heyətimiz etməyəndə. O, hərbi cinayətkardır və ona Amerika torpağında yer yoxdur”, - deyə Cekson-Hill vurğulayıb.
Xatirə SADİQ