Ukrayna XİN Türkmənistandan Putini həbs etməyi tələb etdi – “Aşqabada gələn kimi...”
Ukrayna Xarici İşlər Nazirliyi Roma Statunu imzalamayan Aşqabadı Rusiya prezidenti Vladimir Putini Türkmənistana səfəri zamanı həbs etməyə çağırıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə Ukrayna XİN bəyanatında Rusiya liderini Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs orderi verdiyi “müharibə cinayətkarı” adlandırıb.
Ukraynalı diplomatlar həmçinin Aşqabadın beynəlxalq hüquq normalarına və BCM-nin qərarlarına hörmətlə yanaşacağına ümid etdiyini bildiriblər.
Xatırladaq ki, 2023-cü ilin martında BCM Putinin həbsinə order verib.
Səlcuq