“Bu gün mətbuatdan oxudum ki, guya mən...” – Zelenski təkzib etdi
“Ukrayna tərəfdaşların zəmanəti müqabilində sülh imkanını nəzərdən keçirmir. Belə bir variant müzakirə mövzusu deyil”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Zelenski Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra keçirilən brifinqdə bildirib.
Ukrayna prezidenti belə “müzakirələrin aparılmasından” media vasitəsilə xəbər tutduğunu deyib:
“Bu gün bəzi KİV-lərdə oxudum ki, guya mən Fransaya müttəfiqlərlə atəşkəslə bağlı danışıq aparmaq üçün gəlmişəm. Bəyan edirəm ki, Ukraynanın hər hansı ərazi güzəşti hesabına atəşkəs və ya sülh əldə etmək məqsədi yoxdur”.
Oğuz