1 paytaxt şəhərlərində. MOSKVA

15 yaşım var idi. Moskva metrosunda gedirdim. Dayanacaqlardan birində vaqona qarı daxil oldu. İfritə yox, qoca mülayim qadın. 

May 9, 2025 - 11:48
1 paytaxt şəhərlərində. MOSKVA

Qalxdım. Əyləşdi. Qatar növbəti dayanacağı keçdikdə, qadın titrək səslə soruşdu:

 - Əgər çıxmayacaqdınızsa, yerinizi niyə mənə verdiniz?

 - Evimdən yer gətirməmişəm. O, sizə daha çox lazımdır.

Cavabım qadının xoşuna gəldi. Bir qədərdən sonra maraqlandı:

 - Haradansınız?

 - Bakıdan.

 - Odur da..., - deyə qadın məsələni başa düşdü.

A.ƏZİZ