Tramp Zelenskinin Alyaskaya getməsini niyə istəmir? - "Mənə mane olacaq"
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Alyaska görüşündə iştirakının niyə əleyhinə olduğunu açıqlayıb.
SAVASHMEDİA.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, Tramp Zelenskinin Alyaskada olmasının Trampla söhbətinə mane olacağından narahatdır.
O, bu barədə Almaniya kansleri Fridrix Merzlə söhbətində bildirib.
Qeyd olunur ki, avropalı rəsmilər ilkin olaraq Alyaskada keçirilən görüşdə NATO-nun baş katibi Mark Ruttenin və ya başqa bir Avropa liderinin, həmçinin Zelenskinin namizədliyini təklif edərək birbaşa təmsilçiliyə can atıblar.
Merz və Trampın söhbətindən sonra avropalılar bu tələbdən geri çəkiliblər. Əvəzində Tramp razılaşıb ki, Putinlə görüşdən sonra əvvəlcə Zelenskiyə, sonra isə Avropa liderlərinə məlumat verəcək.
Oğuz