“The Guardian” Trampla Zelenski görüşünün təfərrüatlarından yazdı
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Vatikanda baş tutan söhbətin bəzi təfərrüatları açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Nəşr mənbələrə istinadən qeyd edub ki, Müqəddəs Pyotr Bazilikasında söhbət üçün üç stul qoyulub və üçüncü stul tərcüməçi üçün nəzərdə tutulub. Amma sonda söhbət üzbəüz olub.
Mənbə əlavə edib ki, Trampı Zelenski ilə görüşməyə Fransa prezidenti Emmanuel Makron dəvət edib. Amma bundan öncə o, Zelenski ilə danışıb, çünki Ukrayna prezidentinin Trampla birbaşa danışacağına əmin olmaq istəyib.
“The Telegraph” bildirir ki, Tramp söhbətə Rusiyanın mülki şəxslərə hücumlarının nə qədər “iyrənc” olduğunu deməklə başlayıb.
Tramp “Rusiyanın Kiyevdə mülki şəxslərə hücum etməsindən özünü bir az incik hiss edib və buna görə o, “bir qədər axmaq görünüb”.
Xatirə SADİQ