Hakimiyyətin xəbəri olmadan Bakıda gizli görüş keçirənlər kimdir? - DOSYE + FOTOLARI

Prezident İlham Əliyevin Almaniya və Rusiya nümayəndələri arasında Bakıda keçirildiyi iddia olunan gizli görüşlə bağlı açıqlaması gündəmin əsas mövzularındandır.

Jul 22, 2026 - 14:26
Hakimiyyətin xəbəri olmadan Bakıda gizli görüş keçirənlər kimdir? - DOSYE + FOTOLARI

SAVASHMEDİA.az sözügedən gizli görüşdə iştirak etdiyi bildirilən vəzifəli şəxslərlə bağlı kiçik araşdırma aparıb. 

Beləliklə, kimdir onlar?

Söhbət Almaniyanın keçmiş yüksəkvəzifəli siyasətçiləri Ronald Pofalla və Mattias Platzek, eləcə də Rusiyanın sabiq Baş naziri Viktor Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyevdən gedir.

Ronald Pofalla - Uzun illər Angela Merkelin ən yaxın silahdaşlarından biri olub və 2009–2013-cü illərdə Almaniya Federal Kansler Administrasiyasına rəhbərlik edib. 

Mattias Platzek - Almaniyanın Sosial Demokrat Partiyasının tanınmış simalarından biri, Brandenburg federal əyalətinin sabiq baş naziri və Almaniya–Rusiya Forumunun keçmiş sədridir.

Rusiya nümayəndə heyətində yer alan Viktor Zubkov - 2007–2008-ci illərdə Rusiyanın Baş naziri vəzifəsini icra edib, daha sonra hökumətdə yüksək postlarda çalışıb. 

Valeri Fadeyev - 2019-cu ildən Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasına rəhbərlik edir və Kremlin nüfuzlu siyasi fiqurlarından hesab olunur.

Oğuz