Türkiyənin daha bir təyyarəsi radarlardan itdi - Pilot öldü

Texniki qulluq məqsədilə Türkiyədən Xorvatiyaya uçan iki “AT802” model yanğınsöndürmə təyyarəsindən biri qəzaya uğrayıb.

Nov 13, 2025 - 23:07
Nov 13, 2025 - 23:26
Türkiyənin daha bir təyyarəsi radarlardan itdi - Pilot öldü

SAVASHMEDİA.az xəbər verir ki, təyyarələr Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinə aid olub. 

Hadisə Çanaqqala şəhərindən Zaqrebə uçan təyyarələrin əlverişsiz hava şəraiti səbəbindən Rejika hava limanına qayıdarkən baş verib.

Məlumata görə, təyyarələrdən biri ilə radioəlaqə kəsilib. Daha sonra isə təyyarənin qəzaya uğradığı məlum olub.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı bildirib ki,  təyyarənin qalıqları Senj şəhəri yaxınlığında tapılıb və pilot həlak olub.

Banu