Ukraynaca danışıblar, rusların əllərini sıxmayıblar - İstanbul görüşü
İstanbuldakı danışıqlar zamanı Ukrayna tərəfi rusiyalılarla tərcüməçi vasitəsilə danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Ми – Украiна” məlumat yayıb.
Görüşün əvvəlinə video və foto çəkən xarici jurnalistlər isə deyiblər ki, tərəflər bir-birlərinin əllərini sıxmayıblar.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndələrinə isə Vladimir Medinski başçılıq edirlər.
Xatirə SADIQ