Ərdoğan Edi Ramanın ayaqqabılarına belə "ilişdi" – Video

Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir.

May 16, 2025 - 16:54
May 16, 2025 - 16:55
Ərdoğan Edi Ramanın ayaqqabılarına belə "ilişdi" – Video

SAVASHMEDİA.az xəbər verir ki, dünya liderlərinin iştirak etdiyi mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. Ərdoğanı Albaniyanın Baş naziri Edi Rama qarşılayıb. Qarşılıqlı salamlaşmadan sonra Ərdoğanın diqqətini Ramanın geyindiyi ayaqqabılar çəkib. 

Ərdoğanın Ramaya “İdman ayaqqabısı geyinirsən?” deməsi maraqla qarşılanıb. Edi Ramaya “qardaşım” deyərək xitab edən Ərdoğan Albaniyadan dünyaya sülh çağırışı edəcəklərini bildirib.

Banu