Ağadadaş Ağayevlə mühafizəçinin barışıq FOTOSU - "İkimiz də peşmanıq"
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.
SAVASHMEDİA.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, tərəflər arasında notarial qaydada barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.
Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.
Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.
Əldə etdiyimiz digər məlumata görə, Ağadadaş Ağayevlə “Medera Hospital” arasında da barışıq əldə edilib. Onlar bir-birinə qarşı qaldırdıqları mülki iddiadan imtina ediblər. Belə ki, tərəflər bir-birindən yarım milyon tələb edirdi.
Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı N.Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.