98 kenquru öldürdü, cinayət işi açıldı
Avstraliyanın Yeni Cənubi Uels ştatının şimalında 98 ölü kenquru tapıldıqdan sonra Uilyamtaun sakininin barəsində cinayət işi açılıb.
SAVASHMEDİA.az xəbər verir ki, “The Sydney Morning Post” polisə istinadən məlumat yayıb.
Cümə günü adı açıqlanmayan 43 yaşlı kişinin evində axtarış aparılıb və bir neçə odlu silah tapılıb.
Bu şəxs heyvanlara qarşı xüsusi qəddarlıq, Birlik ərazisində odlu silahdan atəş açma, yad əraziyə qeyri-qanuni giriş və silahın təhlükəli saxlanması ilə bağlı qanun pozuntularında ittiham olunub.
Yanvarın 13-də keçiriləcək məhkəmə iclasından öncə o, girov müqabilində sərbəst buraxılıb. Bu şəxsin silah lisenziyası da dayandırılıb.
Avstraliyada əksər ştatlar yerli hakimiyyət orqanlarının icazəsi ilə kenquruların ovlanmasına kvotaya uyğun olaraq icazə verir.
Xatirə SADİQ