"Coca-Cola" bütün marketlərdən yığışdırılır - Şirkət üzr istədi
“Coca-Cola” şirkəti “Coca-Cola”, “Fanta”, “Sprite” və “MezzoMix” brendlərinin milyonlarla şüşəsini dövriyyədən çıxarmaq qərarına gəlib.
SAVASHMEDİA.az news24.az-a istinadla xəbər verir ki, bu geri çağırma Avstriyada ümumilikdə 26 milyon şüşəni əhatə edib və sözügedən məhsulların yaxın günlərdə məhv edilməsi planlaşdırılıb.
Çıxarılan məhsullar istehsalın son iki ayına aiddir.
“Mümkün sağlamlıq riskinə görə, potensial təsirə məruz qalan məhsulları istehlak etməməyi tövsiyə edirik”, - şirkət deyib.
Qeyd edək ki, istehlakçılar qəbz göstərmədən məhsulları aldıqları yerə apararaq pulunu geri ala bilərlər.
Coca-Cola HBC Austria GmbH bu hadisəyə görə təəssüfləndiyini bildirib və müştərilərindən üzr istəyib.