Türkiyənin əfsanəvi aktyoru vəfat etdi - FOTO
Türkiyə kinosunun əfsanəvi simalarından olan aktyor Kadir İnanır vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, 77 yaşlı aktyor mayın 14-də səhhətində yaranan ciddi problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Yeşilçamın məşhur aktyoru bu gün dünyasını dəyişib.
İnanır son həftələrdə pnevmoniya və tənəffüs çatışmazlığı səbəbindən reanimasiya şöbəsində müalicə alırdı.
Qeyd edək ki, Kadir İnanır "Selvi Boylum Al Yazmalım", "Dila Hanım", "Tatar Ramazan", "Devlerin Aşkı" və onlarla digər filmə çəkilərək Yeşilçam tarixində silinməz iz qoyub.
Aytən
Fotoda Kadir İnanır