Kadir İnanır niyə heç vaxt evlənmədi? - Həyatı ilə bağlı 8 maraqlı fakt

Türkiyə kinosunun əfsanəvi simalarından olan Kadir İnanırın vəfat xəbəri sevənlərini yasa boğub.Milyonlarla tamaşaçının yaddaşında əbədi qalan aktyorun həyatı da filmləri qədər maraqlıdır.

Jun 26, 2026 - 20:11
Jun 26, 2026 - 20:28
Kadir İnanır niyə heç vaxt evlənmədi? - Həyatı ilə bağlı 8 maraqlı fakt

SAVASHMEDİA.az Kadir İnanır haqqında çoxlarının bilmədiyi maraqlı faktları təqdim edir:

1. Ömrü boyu evlənməyib

Yeşilçamın ən yaraşıqlı aktyorlarından biri hesab olunsa da, Kadir İnanır heç vaxt rəsmi nikaha girməyib. O, uzun illər aktrisa Jülide Kural ilə birlikdə yaşasa da, "evlilik kağız üzərində olan münasibətdir" fikrini müdafiə edib. 

2. Niyə övlad sahibi olmaq istəmədi?

İnanır bunun səbəbini özü açıqlamışdı. O bildirirdi ki, ömrünün yaşlı vaxtında ata olub övladını erkən tək qoymaq istəmir.

3. SMS-lərə görə məhkəməlik oldu

Kadir İnanırın karyerasında ən çox müzakirə olunan hadisələrdən biri aktrisa Buket Saygı ilə yaşadığı qalmaqaldır. 2000-ci illərin əvvəllərində Buket Saygı aktyoru ona israrla SMS mesajları göndərməkdə və narahat etməkdə ittiham edərək məhkəməyə müraciət etmişdi. İddiada bildirilirdi ki, İnanırın göndərdiyi bəzi mesajlar təhqiramiz xarakter daşıyıb.
İş uzun müddət Türkiyə məhkəmələrində araşdırıldı. Nəticədə, Kadir İnanır təhqir ittihamı üzrə təqsirli bilinərək cərimələndi. 

4. Türkan Şorayla sevgili olduqları deyilirdi

Kadir İnanır və Türkan Şoray onlarla filmdə tərəf müqabili olublar. Onların ekrandakı sevgisi o qədər inandırıcı idi ki, illərlə gizli eşq yaşadıqları iddia edildi. Lakin hər iki sənətçi bu şayiələri təsdiqləmədi.

5. Filmlərinə görə böyük hüquqi mübarizə

İnanır illərlə rol aldığı filmlərin televiziya kanalları və rəqəmsal platformalarda icazəsiz yayımlanmasına qarşı mübarizə apardı. Nəticədə məhkəmə onun xeyrinə qərar verdi və bu qərar Türkiyə kino tarixində aktyorların müəllif hüquqları baxımından presedent sayıldı.

6. Partiyalar dəvət etsə də, siyasətə qoşulmadı

Müxtəlif siyasi partiyalardan deputat olmaq təklifləri alsa da, "xalqın seçdiyi siyasətçi olmaq başqa məsələdir" deyərək aktiv siyasətə qoşulmaqdan imtina etmişdi. Bununla belə, ictimai və siyasi mövzularda açıq mövqeyi ilə seçilirdi.

7. 180-dən çox filmdə baş rol oynadı

Yeşilçam tarixinin ən məhsuldar aktyorlarından biri olan Kadir İnanır yarım əsrdən artıq karyerası ərzində 180-dən çox filmdə çəkildi. "Selvi Boylum Al Yazmalım", "Dila Hanım", "Tatar Ramazan" və "Devlərin Aşkı" onun ən yaddaqalan ekran işləri hesab olunur.

8. Ömrünün son iki ilində yaşamaq uğrunda mübarizə apardı

2024-cü ildə ağır əməliyyat keçirən aktyor uzun müddət reabilitasiya şəraitində qaldı. Son aylarda isə pnevmoniya və tənəffüs çatışmazlığı səbəbindən xəstəxanada müalicə olunurdu.

Hazırladı: Aytən