Çin lideri Aİ-ni birliyə çağırdı

Çin Xalq Respublikasının lideri Si Cinpin ABŞ prezidenti Donald Trampın tariflərini nəzərdə tutaraq Avropa İttifaqını (Aİ) birtərəfli zorakılığa qarşı çıxmaq üçün Çinlə səyləri birləşdirməyə çağırıb. 

Apr 11, 2025 - 14:54
Çin lideri Aİ-ni birliyə çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “France-Presse” və “The Gardian” məlumat yayıb. 

“The Gardian yazır ki, Çin prezidenti bu gün İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlar aparıb. 

“Biz ticarət gərginliyinin Çin və İspaniya, Çin və Aİ arasında əlaqələrin potensial artımına mane olmasına imkan verməməliyik”, - deyə İspaniyanın baş naziri vurğulayıb. 

Xatirə SADİQ