"Ankaradakı məni özü ilə qarışdırmasın" - İmamoğlunun məhkəmədə dedikləri
Korrupsiya ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilən İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu bu gün hakim qarşısına çıxarılıb.
SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlunun məhkəməsi təhlükəsizlik məsələsi əsas gətirilərək Silivri həbsxanasında keçirilib.
Əkrəm İmamoğlu hakimə verdiyi ifadədə Ərdoğana da mesaj göndərib:
“Birinin “eşqim İstanbul”, “İstanbulu qazanan Türkiyəni qazanar” dediyi İstanbulda 3 dəfə seçkini qazandığıma üçün buradayam. Buna görə indi sizə ifadə verirəm. Vətəndaşların verdiyi vergi hesabına işləyən TRT məni nüfuzdan salmaq üçün çalışmaqdansa, bu məhkəməni yayımlasın. Övladım saydığım, həbsə atdığınız tələbələri buraxın. Haqsızlığa uğrayan hər kəsin yanında olacağam. Məni qorxuda bilməyəcəksiniz. Heç kimi təhdid etməmişəm. Heç kimlə dalaşmamışam, döyməmişəm. Prokurorluq gedib kənddəki dostlarımdan da soruşsun. Mən həmişə barışdırıcı olmuşam. Qısqanclıq da etməmişəm. Ancaq Ankaradakı məni qısqanır. Adımı terrorla yan-yana qoyacaq adamın alnını qarışlayaram. Mənə baxan Türk Bayrağını görər, Atatürkü görər,Türk Millətini görər. Məni özü ilə qarışdırmasın”.
İmamoğlu “İmamoğlu mühakimə oluna bilməz” iddiasına da aydınlıq gətirib:
“Mən elə söz deməmişəm. Baş prokurorun övladlarının sayını bilmirəm, dosyesinə də baxmamışam. Mən mühakimə də oluna bilərəm, hesabat da verməliyəm. Amma prezident və nazirlər də hesabat verməlidir.Necə ki mən 10 ildir bələdiyyədə müfəttişlərə hesabat verirəm”.
Qeyd edək ki, İmamoğlunun məhkəməsi 16 iyuna təxirə salınıb.
Banu