ABŞ və Çin liderləri payızda bir araya gələ bilər 

ABŞ prezidenti Donald Trampın və Çin lideri Si Cinpinin köməkçiləri Amerika dövlət başçısının Asiyaya səfəri zamanı liderlər arasında görüşün mümkünlüyünü müzakirə ediblər.

Jul 22, 2025 - 14:13
ABŞ və Çin liderləri payızda bir araya gələ bilər 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Agentlik qeyd edir ki, ABŞ prezidenti oktyabrın 30-dan noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edə bilər.

Ehtimal olunur ki, Donald Tramp və Çin lideri Si Cinpin arasında görüş bu səfər zamanı baş tuta bilər. 

Xatırladaq ki, Çin beynəlxalq qonaqları, o cümlədən ABŞ nümayəndələrini sentyabrın 3-də İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı Pekində keçiriləcək mərasimə dəvət etməyə çalışır. Putinin də həmin tədbirdə olacağı məlumdur.

Xatirə SADİQ