İsrail hücuma keçdi, bu ölkə vuruldu
İsrail hərbçiləri Livanın müxtəlif bölgələrində şiə təşkilatı “Hizbullah”a məxsus hədəflərə qarşı yeni zərbələr endirildiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, hücumlar “Hizbullah”ın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.
“"Hizbullah" tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri Livanın bir neçə bölgəsində terror obyektlərinə zərbələr endirib”, – deyə məlumatda qeyd olunub.
İsrail tərəfi zərbələrin konkret hansı hədəfləri əhatə etdiyi və mümkün itkilərlə bağlı əlavə detalları açıqlamayıb. Livan tərəfindən də hadisə ilə bağlı rəsmi şərh verilməyib.
Aytən