“Atəşkəs əldə olunmayacaq” – Mixail Kasyanov
“Düşünürəm ki, bu üçtərəfli planın birinci mərhələsi kimi heç bir nailiyyət, atəşkəs əldə olunmayacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri (2000-2004-cü illər) Mixail Kasyanov ukraynalı jurnalist Alesya Batsmana müsahibəsində deyib.
O, xatırladıb ki, Rusiya xarici içşlər naziri Lavrov heç bir plan görmədiyini deyib: “Bu, Rusiyanın hiyləsi də ola bilər, ya da bunu özləri buraxıblar”.
Kasyanov hesab edir ki, [Ər-Riyaddakı nümayəndə heyətlərinin, daha sonra Putin və Trampın] görüş olmayacaq.
“Təbii ki, amerikalılar Putinin yeni şərtlərini qəbul etməyə başlamadıqca. Onlar [danışıqların şərti kimi] Ukraynanın ərazi hüquqlarını və mümkün NATO-ya daxil olmasını rədd etdilər. Putinə başqa bir şey versələr, o zaman, yəqin ki, Ər-Riyada gələcək və yeni razılaşma olacaq... Bu, 2014-15-ci illərdə də gördüyümüz eyni şeydir... Bunu heç kim qəbul etməyəcək. Anladığım qədər, Ukrayna [Ukraynanın iştirakı olmadan] haqqında qəbul edilmiş razılaşmaları qəbul etməyəcək. Avropa da həmçinin. Söz gəzir ki, Avropa təhlükəsizlik zəmanəti verməlidir. Bəs Amerikanın rolu nədir?”, - deyə Kasyanov ritorik sual verib.
Xatirə SADİQ