“Orban tarixə bu cür düşəcək” - Zelenski
“Viktor Orban Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünü əngəlləyən yeganə baş nazir kimi tarixə düşəcək”.
SAVASHMEDİA.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna haqqında nağıl danışmaq ədalətsizlikdir. “Bu, indi bir nəfərdir, ona elə gəlir ki, təsiri var. Təsir yalnız vaxtda olur. Təəssüf ki, Macarıstanın baş naziri indi bu dönməz prosesi sadəcə olaraq əngəlləyir. Ukrayna onsuz da [Aİ üzvü] olacaq. Macarıstan, məhz yeganə baş nazir Ukraynanın Aİ-yə daxil olmasını əngəlləyən şəxs kimi tarixə düşəcək”, - deyə Zelenski diqqətə çatdırıb.
Xatirə SADİQ