ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb - Zelenski
Ukrayna tərəfi “Patriot”, “NASAMS”, “IRIS-T” və “Hawk” sistemlərini almağa davam edir, lakin çatdırılma sürəti, ilk növbədə, maliyyədən asılıdır.
SAVASHMEDİA.az “Novini.LIVE” kanalına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Niderlandın baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Amerikalılar “Patriot”un, təkcə raketin deyil, sistemlərin də alınması imkanlarını açdılar. Və məsələ istisnasız olaraq pulla bağlıdır. Müsbət cəhətlər var, görürsünüz, mənfi cəhətlər də var. Diplomatik olaraq nəyisə biz açanda, başqa nadir məqamlar da peyda olur. Ona görə də mən dondurulmuş aktivlərə [Rusiyanın] ümid edirəm”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ